Quran qiraətinin savabı

Nədənsə müsəlmanın hər bir işində bir əmma olmalıdır. Sanki bu, bir qanun şəkilini alıb. Bu haldan dini mədrəsələr də müstəsna deyil. Mən də dini mədrəsədə- “Əl-Mustafa” (Peyğəmbərimizin (s) ləqəbidir) adına Beynəlxalq Universitetdə təhsil almışam. Təhsil səviyyəsi pis deyil. Amma. Amması da budur ki, burada Qurana layiqincə önəm verilmir. Bu mənada ki, əksər tələbələr normal olaraq Quranı tərcümə edə bilmirlər. Yəni təhsil proqramlarında sistemli şəkildə Quran məfahimlərini (kəlmələrini) tədris edən dərs yoxdur.
Yadıma gəlir, bir neçə il öncə, tələbələrin bir rühani kimi fəaliyyət göstətə bilməsini öyrənmək məqsədi ilə bir çox mövzularda imtahan götürülürdü. Demək olar ki, əksər tələbələr Quran tərcüməsində axsayırdılar, daha doğrusu qiymət ala bilmirdilər. Çünki bu dərs tədirs olunmamışdı. Əslində bu problemi həll etmək çətində deyil. Tələbələrə bir il ərzində fars dilini öyrədə bilmələri kimi, eyni müddət ərzində Quranı tərcümə etməyi də öyrətmək mümkündür. Ən azı tələbələr 70-80 faiz bu işin öhdəsindən gələ bilərlər.
Bu dərsin olmadığından tələbələr adətən “Sərf”, “Nəhf” dərslərində də axsayırlar. Ona görə ki, mənasını bilmədiyi kəlmənin “fail”, “məful” və s. olmasını necə təxmin edə bilərlər?
Bütün bu problemlərin olduğundan biz həmişə Quranın oxuyub dərkinə yox, qiraətinin savab olmasına önəm vermişik. Savaba isə insan Axirətdə nail olur. Bəs dünya həyatı? Axı mən bir müsəlman olaraq həyatımı Qurana uyğun tənzimləməliyəm.
Düzdür, ola bilsin kütlə üçün Quranın tərcüməsini öyrənmək zəruri hal sayılmasın. Amma axı bir dini tələbə bunu bilməlidir. Özü də mütləq bilməlidir. Amma təəssüflər olsun ki, reallıq başqadır.
Buna görə də şikayətlənərək “Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək.” (“Furqan”, 30)

2 Şərh

  1. Düzdür, tamamilə razıyam səninlə.

    Mən orta məktədə 9 il ərəb dili keçmişəm, heyf işlətmədim, unutmuşam artıq. Təkrarlamaq lazımdır mütləq.

Bir şərh yazın